İsrail xarici işlər naziri: "Biz Ərdoğanı sevmirik, Ərdoğan da bizi, amma ..."


İsrailin xarici işlər naziri Yisrael Katz Birləşmiş Millətlər Təşkilatının (BMT) iyun ayında təşkil etdiyi iclas səbəbilə getdiyi Əbu-Dabidə körfəz ölkələri ilə yaxınlıq qurmasına səbəb kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı göstərib.
Yeniavaz.com İsrailin "Jerusalem Post" qəzetinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) görüşü barəsində dünən İsrail Parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinə məlumat verən Y. Katz jurnalistlərə də açıqlama verib.
Xəbərə əsasən Katz, İsrailin İran Körfəzindəki ölkələrlə yaxınlıq qurması ilə əlaqədar bir suala belə cavab verib:
"Nə biz Ərdoğanı sevirik, nə də Ərdoğan bizi sevir. Körfəzdəki ölkələr də Türkiyə və Qətəri "Müsəlman qardaşlar"ın bu ölkələrdəki fəaliyyətlərinə görə sevmirlər. Çünki, onlar bununla ən az İran qədər təhlükə yaradırlar".
Y. Katz İsrail və Türkiyə arasında "aşkar düşmənçilik" olduğunu bildirib. O buna baxmayaraq ticari əlaqələrin davam etdiyini də vurğulayıb. Xarici işlər naziri həmçinin, Suriyadakı daxili münaqişələr səbəbilə İsrailin Hayfa limanından İran Körfəzinə gedən yol vasitəsilə ticarətlə məşğul olanların arasında Ərdoğanın ailəsindən də insanların olduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top