Deputatın səhhətində problem yaranıb - FOTO


Milli Məclisin depuatı Mirkazım Kazımovun səhhətində problem yaranıb.

Yayılan  məlumata görə, deputat səhhətində yaranan problemlə bağlı 20 günlük Moskvada müalicə alıb.

Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, Mirkazım Kazımov xəbərin doğru olduğunu bildirib:

“Sinirlərimdə problem yaranmışdı. Moskvada müayinə olunub bir neçə kurs müalicə götürdüm. Hazırda ölkədəyəm. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Mirkazım Kazımov 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilib.

DİGƏR XƏBƏRLƏR

Top