
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL matçının biletləri bu gün satışa çıxıb.
Yeniavaz.com klubunun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq.