Dünya Universitetləri Reytinqi Mərkəzi (“Center for World University Rankings”) 2019-2020-ci tədris ili üçün dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, 2000 universitetin yer aldığı siyahıda ilk onluqda müvafiq olaraq Harvard Universiteti, Massaçusets Texnologiya Universiteti, Stenford Universiteti (ABŞ), Kembric Universiteti, Oksford Universiteti (Böyük Britaniya), Kolumbiya Universiteti, Prinston Universiteti, Berkli Kaliforniya Universiteti, Pensilvaniya Universiteti, Çikaqo Universiteti (ABŞ) qərarlaşıb.
Qeyd edək ki, mərkəzin siyahısına universitetlər təhsil səviyyəsi, məzunların işlə təmin olunma faizi, müəllim heyətinin keyfiyyəti və universitetlərin elmi fəaliyyət göstəricilərinə görə daxil olurlar.
Xatırladaq ki, dünyanın 99 ölkəsinə aid 20 min ali təhsil ocağı arasından seçilmiş 2000 universitetin yer aldığı siyahıda Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti 1073-cü, Ermənistanın İrəvan Dövlət Universiteti 1930-cu sırada olduğu halda, Azərbaycanda olan universitetlərdən heç biri yer almayıb.