Azərbaycanda ən çox taxıl bu rayonlardan yığılıb - SİYAHI


2019-cu il avqust ayının  5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 1 milyon 39,5 min hektar sahənin 1 milyon 26,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb.
Yeniavaz.com açqılanan rəsmi statistikaya istinadən bildirir ki, toplanmış məhsul 3 milyon 218 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentnerə bərabər olub.  Yığılan məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1 milyon 14,9 min tonu (31,5 faizi) arpa, 36 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.
Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90 faizdən aşağı olub.
Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə  (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2),  Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olub.     
Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top