Ermənilər "Ararat"ın oyunundan imtina etdi - səbəbi SOCAR-dı


Ötən gün Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.

SOCAR-ın sponsorluq etdiyi Gürcüstanın “Saburtalo” klubu Ermənistanda “Ararat”la qarşılaşıb.

Lakin qarşılaşma Ermənistan telekanalları vasitəsiylə canlı yayımlanmayıb. Buna isə gürcü komandasının formasının üzərində Azərbaycan Dövlət Neft şirkəti olan SOCAR-ın adının yazılması səbəb olub.

Ermənistan telekanallarının qeyri-peşəkarlığı sosial şəbəkələrdə tənqid olunub.

Qeyd edək ki, İrəvanda keçirilən qarşılaşmada “Saburtalo” 2:1 hesablı qələbə qazanıb. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top