Şirvanda iki nəfər yeyib-içəndən sonra öldülər


Şirvanda müəmmalı ölüm hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakinləri - 1976-cı il təvəllüdlü Şotiyev Sahib Balaisa oğlu tanışı, 1985-ci il təvəllüdlü, Əzizov Vüsal Tahir oğlu ilə birlikdə yeyib-içiblər. Bir neçə saatdan sonra hər ikisinin halı pisləşib və onlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top