Həmyerlilərimiz Brüs Linin məzarını ziyarət edib, ruhuna dualar oxudular - VİDEO


Həmyerlilərimiz tanınmış məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor Brüs Linin məzarını ziyarət edib.


Yeniavaz.com xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Həmin anların videosunda həmyerlilərimizin Brüs Lini necə yad etdikləri görünür. Brüs Li üçün dualar oxuyublar və əllərinə gülab töküblər.

Qeyd edək ki, 1940-cı ilin səhərində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun Fan Lidir. Atası və anası Çin operasında aktyor olublar.

Brüs film karyerasına 8 yaşında Honq-Konqda başlayıb. O, küçə döyüşündə məğlub olmamaq üçün Kunq Funu öyrənmək qərarına gəlir və 1954-cü ildə məşhur Kunq Fu ustası Sifu Yip Manın şagirdi olur.

Bir müddət sonra Brüs ABŞ-a gedir. Vaşinqton Universitetinin Fəlsəfə Hissəsinə yazılır. B.Li rəqsə böyük marağı ilə də seçilirdi. O, ən sevdiyi "Ça Ça Ça" rəqsində Honq-Konq çempionu olub.

"Qəzəbin yumruğu", "Marlov", “Əjdahanın yolu”, “Ölüm oyunu”, “Böyük Boss”, “Var-dövlət xəyala bənzəyir” və s. filmlərdə çəkilib.

Brüs Li 1973-cü ildə “Ölüm oyunu” filminin çəkilişləri əsnasında hələ də səbəbi dəqiq bilinməyən baş ağrısından dünyasını dəyişib.

Xatırladaq ki, aktyorun oğlu  Brendon Li 1993-cü ildə “Qarğa” filminin çəkilişi zamanı qarnından vurularaq öldürülüb. Onların hər ikisi ABŞ-ın Sietl əyalətində dəfn olunublar.

DİGƏR XƏBƏRLƏR

Top