"Qarabağ"ın potensial rəqiblərinin oyun nəticələri

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.

Bunlardan dördü Çempionlar, biri Liqa yolunda keçirilib. Azərbaycan çempionu “Qarabağ” Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib.

Bu cütün qalibinin rəqibinin müəyyənləşdiyi PAOK – “Ayaks” duelində ilk matçda qalib bilinməyib. Məhsuldar keçən qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

“Brügge” Kiyev “Dinamo”suna qalib gəlib. Günün digər oyunlarında “Srvena Zvezda” “Kopenhagen”lə, “Ferensvaroş” isə Zaqreb “Dinamo”su ilə qollu heç-heçə edib.

Qeyd edək ki, ilk oyunlara avqustun 7-də yekun vurulacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
6 avqust
Çempionlar yolu

21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:2
21:00. PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) – 2:2
22:00. “Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan) – 1:1
22:45. “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) – 1:1
Liqa yolu
22:30. “Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna) – 1:0
APA

DİGƏR XƏBƏRLƏR

Top