SOCAR-ın sponsoru olduğu komanda Yerevanda qalib gəldi


Yerevanın Respublika stadionunda Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Ararat-Ermənistan" və Gürcüstanın "Saburtalo" komandaları arasında ilk görüş olub.

Oyunda Gürcüstan çempionu 2-1 hesabı ilə qalib gəlib.

Maraqlıdır ki, "Saburtalo"ya SOCAR Energy Georgia dəstək verir, hansı ki, klubun həm də titul sponsorudur.

Gürcüstan komandasının formasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin abreviaturası və loqotipi olduğu üçün erməni telekanalları matçı canlı yayımlamaqdan imtina ediblər. Nəticədə oyun yalnız Youtube-da yayımlanıb.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Tbilisidə keçiriləcək.//Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top