Uyğur mühaciri Türkiyə başda olmaqla müsəlman ölkələri qəbul etmədi, ABŞ sahib çıxdı

"Çindən qaçan Abulkemu Yusufu adında uyğur var. Dörd gün idi Qatarın Doha hava limanında qalmışdı. Qatar hökuməti onu ölkəyə buraxmırdı və Çinə təhvil vermək istəyirdi. Uyğur mühacirlərin və Qərb hüquq müdafiə təşkilatlarının gərgin fəaliyyəti nəticəsində Qatar hökumətini bir neçə gün ləngitmək mümkün oldu. ABŞ hökuməti A.Yusufunu qəbul etməyə razılıq verdi və o, bu gün Dohadan Vaşinqtona yola salındı..."

Yeniavaz.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə politoloq Şahin Cəfərli yazıb.  Ş.Cəfərli qeyd edir ki, uyğur mühacirin Türkiyə başda olmaqla müsəlman ölkələrinə müraciətləri nəticəsiz qalıb: "A.Yusufu əvvəlcə Çindən Pakistana keçib. Bu ölkə onu himayə edə bilməyəcəyini bildirib və yarımmüsəlman dövləti Bosniyaya göndərib. Bosniya hökuməti Yusufunu qəbul etməyib və nəyə görəsə Qatara yollayıb. Qatar isə onu Çinə təhvil vermək qərarına gəlib. Bu müddətdə uyğur mühacirlərin Türkiyə başda olmaqla müsəlman ölkələrinə müraciətləri nəticəsiz qalıb.

Bir neçə gün əvvəl isə Türkiyə hökuməti ölkəyə sığınmış uyğur qadın Zinnətgül Tursunu 2 körpəsi ilə birlikdə Tacikistana deportasiya edib, Tacikistan da öz növbəsində onları Çinə təhvil verib.

Təəssüf ki, türk-islam dünyası bu gün Çinin suç ortağına çevrilib. Bu ölkələrin heç birinin Qərbi və digərlərini ikili standartda, başqa haqsızlıqlarda ittiham etməyə mənəvi haqqı çatmır. (İttihamlarında haqlı olsalar belə...) Çünki özlərinin insanlığa zərrə qədər töhfəsi yoxdur, üstəlik öz vətəndaşlarını da əzirlər".

DİGƏR XƏBƏRLƏR

Top