Şəmkir sakini əvvəlcə "Hammer"ini daha sonra özünü yandırdı - YENİLƏNİB

Şəmkir rayon sakini Fuad Həsənov əvvəlcə "Hammer" markalı avtomobilini daha sonra özünü də yandıraraq intihara cəhd edib.

"Report"un məlumatına görə, müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, həmin şəxsin borcu olduğuna görə, məhkəmə qərarı ilə avtomobilinə həbs qoyulduğu bildirilir.

Belə ki, ümumilikdə onun küllü miqdarda borcu olduğu bildirilir və məhkəmə qərarı ilə həmin "Hammer" markalı avtomobil borc qarşlığı olaraq həbsə qoyulub.

Onun hansı səbəbdən borclandığı barədə isə dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

23.13
Şəmkirdə yanğın qeydə alınıb.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, Şəmkir şəhərində “Hummer” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top