AZAL əməkdaşları təyyarənin tualetində 20-ə yaxın iPhone tapıb

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin ekipaj üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş öncəsi yoxlanış zamanı təyyarənin tualetində 20-ə yaxın “iPhone” markalı mobil telefon tapıblar.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, hazırda AZAL və Dövlət Gömrük Komitəsinin əməkdaşları faktla bağlı birgə araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top