Yevlaxda narkoplantasiya aşkar edilib


Yevlaxda çəkisi 1 ton 152 kiloqram olan çətənə kollarının yetişdirildiyi narkoplantasiya aşkar edilib.
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb.
Saxlanılan şəxs əməlindən peşiman olduğunu bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Esmira Hidayətova, Yevlax.

DİGƏR XƏBƏRLƏR

Top