"Qarabağ" APOEL-ə qarşı - Kimlər oyunu buraxacaq?


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Təmsilçimiz "Qarabağ" da növbəti matçında çıxacaq.
Ağdam təmsilçisi Kiprdə yerli APOEL-in qonağı olacaq.
"Qarabağ" matça itkilərlə çıxacaq. Komandanın aparıcı oyunçularından olan müdafiəçi Bədavi Hüseynov və yarımmüdafiəçi Filip Ozobiç zədə səbəbiylə qarşılaşmanı buracaq. Bundan başqa, baş məşqçi Qurban Qurbanovun yeni transferlərdən müdafiəçi Rerrars Faysal və hücumçu Maqaye Qeyenin adını matçın iştirakçıları sırasına daxil edəcəyi gözlənilir.
GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Qeyd edək ki, komandaların cavab oyunu 13 avqustda Bakıda baş tutacaq. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top