Həkim tərəfindən bıçaqlanan baş həkimin vəziyyəti AĞIRDIR


Dünən Sumqayıtda bıçaqlanan “Sum Modern Dental Clinic”in baş həkimi Şahin Baxşəliyevin vəziyyəti ağır olaraq qalır. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı qardaşı, “Şəfqət” klinikasının baş həkimi Fikrət Baxşəliyev verib. O bildirib ki, hazırda Ş. Baxşəliyevin vəziyyəti stabildir:

“Bizə bildirildi ki, vəziyyəti ağırdır. Dünəndən etibarən stabil olaraq qalır, həkim nəzarəti altındadır”.

Qeyd edək ki, insident 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də baş verib. Hadisəni törətməkdə günahkar bilinən klinikanın həkimi Pərviz İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top