İngiltərədən Rusiyanı qəzəbləndirəcək addım: Səlahiyyətlərini azaldın!


Avropa Şurası Parlament Assambleyası (AŞPA) İngiltərə heyətinin rəhbəri Rocer Qeyl, Rusiyanın parlamentdəki səlahiyyətlərinə yenidən baxılması təklifi ilə çıxış edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərənin Avropa Şurasındakı daimi nümayəndəsi Xristofer Uonun öz feyzbuk səhifəsində bildirir ki, Qeyl rəsmi Moskvanı insan haqlarını və ibtidai azadlıqları pozmaqda günahlandırıb. O həmçinin İngiltərə heyətinin əksəriyyətinin, Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin geri qaytarılmasına qarşı və "müqavilənin şərtləri qəbul edilənə qədər" sanksiyaların davam etməsinin tərəfdarı olduqlarını bildirib.
R. Qeyl Rusiya heyətinin öhdəliklərə və AŞPA-dakı standartlara tabe olmaq barədə verdikləri sözə əməl etməyə niyyətlərinin olmadığını iddia edib: "Nazirlər Kabinetinin bu mövzunu sentyabrda ələ alacağını ümid edirəm. Həmçinin Parlament Assambleyasının oktyabrdakı son iclasında da bu mövzu müzakirə edilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top