"Əgər ABŞ etsə, biz də edəcəyik" - Putin


ABŞ-ın SSRİ ilə bağladığı Orta Məsafəli Nüvə Silahları Müqaviləsini (INF) rəsmi qaydada birtərəfli olaraq ləğv etməsindən sonra Rusiya tərəfinin məsələyə cavabı gecikməyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2 avqustda ABŞ-ın qərarını ictimaiyyətə bildirməsi ilə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Komitəsini çağırıb və ABŞ-ın nüvə addımlarının yaxından izlənilməsi göstərişini verib:
"Əgər Rusiya ABŞ-ın orta məsafəli nüvə silahlarını təkmilləşdirdiyinə qənaət gətirsə, eyni addımı atmaqdan başqa çarəsi qalmayacaq".
Rusiya prezidenti xaosdan və xoşagəlməz nəticələrdən yayınmaq üçün ABŞ-ı dialoqa da dəvət edib.
Qeyd edək ki, ABŞ-la SSRİ arasında 1987-ci ildə bağlanan müqaviləyə əsasən 500 ilə 5 min 500 kilometr məsafəni vurabilən və nüvə başlığı daşıyan roketlərin Avropada yerləşdirilməsi qadağan edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top