Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsi başlayır - SİYAHI

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start veriləcək.

İlk oyunlar çərçivəsində 10 qarşılaşma keçiriləcək.

Bu matçlar iki gün ərzində baş tutacaq. Görüşlərdən beşi bu gün, beşi sabah oynanılacaq.

Çempionlar yolunda 6, Liqa yolunda 4 matç keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Kiprdə APOEL-in qonağı olacaq. Türkiyə təmsilçisi “Başakşəhər” isə Yunanıstanın “Olimpiakos” klubunu qəbul edəcək.

Qeyd edək ki, cavab oyunları avqustun 13-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
6 avqust
Çempionlar yolu

21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
21:00. PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
22:00. “Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
22:45. “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
Liqa yolu
22:30. “Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

7 avqust
Çempionlar yolu

22:00. ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
22:15. “Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yolu

21:00. “Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
21:45. “Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
22:00. “Bazel” (İsveçrə) - LASK (Avstriya)

APA

DİGƏR XƏBƏRLƏR

Top