Rusiyalı dünya çempionu və rəfiqəsi dənizdə boğuldu

Sevastopolda Rusiya qadın kikboksinq komandasının əsas ulduzları, hazırkı dünya çempionu Fatima Jaqupova və vitse-çempion Elina Qismeyeva faciəli şəkildə dünyalarını dəyişiblər.

Bədbəxt hadisə avqustun 4-də “Cənub” yaxta klubunun ərazisindəki “Omega” buxtasında baş verib.

27 yaşlı E.Qismeyeva fırtına zamanı dənizə tullanmaq qərarına gəlib. Nəticədə o, gəmilər üçün nəzərdə tutulan körpüyə çırpılıb.

32 yaşlı Fatimə dostunu xilas etmək üçün suya girsə də, üzə bilməyib. O da dünyasını dəyişib.

İdmançı qızlar Krımda təlim düşərgəsində imişlər. Həmin gün axşam yola düşməzdən öncə üzmək qərarına gəliblər. Hava şəraitinin həddən artıq pis olduğu səbəbindən idmançıların meyitlərini dərhal dənizdən çıxarmaq mümkün olmayıb.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top