ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı endiriləcək


Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlı ABŞ-ın ölkə xaricindəki bütün diplomatik missiyalarında 8 avqust tarixinə qədər dövlət bayrağı endiriləcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Texas, Ohayo və İllinoys ştatlarında hücum aktı nəticəsində həlak olanların xatirəsinə ehtiram göstərmək üçün 8 avqust gün batana qədər bütün bayraqlar endiriləcəkdir” - deyə, məlumatda qeyd olunub. //Report

DİGƏR XƏBƏRLƏR

Top