ABŞ-da 9 nəfərin öldürüldüyü qətliamın kadrları yayılıb - VİDEO


Ötən gün ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) 9 nəfərin həlak olduğu dəhşətli hadisənin kadrları yayılıb.

Yeniavaz.com xəbər verir ki, 24 yaşlı Konor Bets adlı şəxs silahlanaraq gecə klubunun qarşısına gəlib və buradakı insanlara avtomatdan atəş açmağa başlayıb. Bu zaman qatil, özünün 22 yaşlı bacısı Meqan da daxil olmaqla 9 nəfəri öldürüb, 16 nəfəri isə yaralayıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumat şəhərin polis idarəsinin "Twitter" səhifəsindən verilib. Məlumatda cinayətkarın polis tərəfindən öldürüldüyü bildirilir.

Həmin anlar isə təhlükəsizlik kamerlaraı tərəfindən anbaan lentə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top