Xəzər TV-nin aparıcısının evində FACİƏ - Oğlu komadadır, baldızı öldü - FOTO


Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu dənizdə batmaq təhlükəsilə üz-üzə qalıb.


Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Anar Tağıyev sosial şəbəkə hesabında yazaraq məlumat verib:


"Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır".


Qeyd edək ki, Yusif Kərimli "Xəzər" telekanalında çalışır. O, bu telekanalda bir sıra verilişlərin aparıcısı və redaktoru olub.

DİGƏR XƏBƏRLƏR

Top