Güclü külək Mingəçevir şəhərində fəsadlar törədib


Ölkə ərazisində qeydə alınan gücü külək Mingəçevir şəhərində də müşahidə olunub.

Yeniavaz.com xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb.

Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşması nəticsində prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşıb.

Aidiyyatı qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top