Xoşqədəmin toy etdiyi cütlüyün görüntüləri hamını duyğulandırdı - VİDEO


Xoşqədəm Hidayətqızının evləndirdiyi cütlüyün övladı doğulub. 


Aparıcı bu barədə sosial şəbəkədə məlumat verib.

O, doğum evindən çəkilən görüntüləri paylaşaraq sevincini ifadə edib:

"Elnur və Nərminimin qızları oldu. Maşallah olsun! Bu sətirləri sevinc göz yaşlarıyla yazıram. Allah sizi xoşbəxt etsin, əzizlərim!"

Xatırladaq ki, əli-ayağı olmayan I qrup əlil Elnur və Nərmin cütlüyü evlənərkən kasıbçılıq üzündən toy edə bilməyiblər. Onlar "Səni axtarıram" proqramına müraciət edərək toy arzusunda olduqlarını bildirmişdilər. Xoşqədəm Hidayətqızı müxtəlif şəxslərin yardımı ilə fevral ayında onların arzusunu reallaşdırdı. Toyda tanınmış sənətçilər və ictimai xadimlər iştirak etmişdi. 

(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top