İran ABŞ-a başsağlığı verib


İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi, Texas ştatındakı qətliama görə ABŞ xalqına başsağlığı verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, A. Musəvi qətliam zamanı həyatını itirənlərə görə başsağlığı mesajı yayımlayıb.

Qətliamın "qorxunc" olduğunu bildirən Musəvi, ABŞ xalqına və hadisə zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı diləyib və onların dərdinə şərik olduqlarını bildirib. Musəvi həmçinin hadisə zamanı yaralananlara da şəfa diləyib.

Qeyd edək ki, dünən ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Hadisəni törədən 21 yaşlı Dallas sakini Patrik Siryus isə artıq polis tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top