Azərbaycanda və Avropa ölkələrində pivə istehsalı - TAM SİYAHI


Ötən bir il ərzində Avropa Birliyinə daxil olan ölkələrdə 39 milyard litr pivə istehsal olunub.
Yeniavaz.com Avropa Statisika İdarəsinə (Eorostat) istinadən bildirir ki, istehsal olunan pivənin 21% və ya 8,3 milyard litri Almaniyanın payına düşüb.
Almaniyadan sonra ən çox pivə istehsalı Böyük Britaniyada qeydə alınıb. Bu ölkədə il ərzində 4,5 milyard litr pivə istehsal edilib. Ən az pivə istehsalı Latviyada olub - 77,7 milyon litr. 
Avropa Birliyinə daxil olan ölkələrdən yalnız 3-də - Lüksemburq, Malta və Kipirdə ötən bir il ərzində pivə istehsal olunmayıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda pivə istehsalı Avropa ölkələrilə müqayisdədə olduqca aşağı səviyyədədir. Dövlət Statistika Komitəsinin məlumatına görə il ərzində Azərbaycanda 4,6 milyon litr pivə istehsal edilib.
Ötən bir il ərzində Azərbaycanda və Avropa ölkələrində pivə istehsalı bu cür olub:
-  Almaniya - 8,3 milyard litr
-  Böyük Britaniya - 4,5 milyard litr
-  Polşa - 4 milyard litr
-  İspaniya - 3,6 milyard litr
-  Belçika - 2,44 milyard litr
-  Hollandiya - 2,43 milyard litr
-  Fransa - 1,98 milyard litr
-  Çexiya - 1,95 milyard litr
-  Ruminiya - 1,77 milyard litr
-  İtaliya - 1,6 milyard litr
- Avstriya - 803,3 milyon litr
-  Portuqaliya - 722,7 milyon litr
-  Macarıstan - 673,3 milyon litr
-  İsveç - 504,5 milyon litr
-  Bolqarıstan - 497,6 milyon litr
-  Finlandiya - 392,8 milyon litr
-  Yunanıstan - 360,1 milyon litr
-  Danimarka - 342,6 milyon litr
-  Xorvatiya - 338,9 milyon litr
-  Litva - 290,4 milyon litr
-  Slovakiya - 175,7 milyon litr
-  Estoniya - 137,2 milyon litr
-  Latviya - 77,7 milyon litr
-  Lüksemburq - 0
-  Malta - 0
-  Kipr - 0
-  AZƏRBAYCAN - 4,6 milyon litr
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top