Azərbaycanda 14 yaşlı yeniyetməni salam vermədiyinə görə bıçaqladılar

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Yeniavaz.com
baku.ws-ə istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Cəfərli Nihat Ceyhun oğlu bir neçə bıçaq yarası ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.
Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin məlumatlara görə hadisəyə səbəb N.Cəfərlinin tanışı ilə aralarında yaşanan mübahisə olub.
Belə ki, yeniyetmələr salam vermək üstündə mübahisə edib. Sonradan mübahisə davaya çevrilib
Nəticədə tanışı N.Cəfərliyə bıçaqla xəsarət yetirib.
Keçirilən əməliyyatla hadisəni törədən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top