Sumqayıtda zavod ərazisində baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda zavod ərazisində baş verən yanğınla bağlı növbəti açıqlama yayıb.

Yeniavaz.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən zavodun ərazisində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***12:28
Sumqayıt şəhərində İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır. ​

Bu barədə Yeniavaz.com-a hadisə şahidləri məlumat verib.

Bildirilir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, yuyucu məhsullar istehsal edən müəssisənin ərazisində qeydə alınıb.

Əraziyə yığılmış köhnə təkər və tullantılar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top