Bu ölkədə 3 uşağı olana 31 min avro veriləcək


Macarıstan hökuməti ölkə əhalisinin azalması səbəbilə yeni addımlar atıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban əhalinin azalaraq 10 milyondan aşağı düşməsinə biganə qalmayacağını söyləyib.
Onun sözlərinə görə, yeni qəbul edilmiş qanunla Macarıstanda 3 uşaq sahibi olan hər ailəyə 31 min avro (təx. 60 min manat) məbləğində birdəfəlik ödəniş ediləcək.
Qeyd edək ki, Macarıstanda əhalinin azalmasına səbəb, insanların daha çox pul qazanmaq üçün qərbi avropa ölkələrinə axın etməsi göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top