Donuzların sayı ən çox Ermənistan və Azərbaycanda artıb - SİYAHI


Ötən ayın əvvəlinə olan məlumata görə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında donuzların sayı ən çox Ermənistan və Azərbaycanda artıb.  
Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistanda donuzların sayı 18,8% artaraq 441 min başa çatıb. Azərbaycanda isə donuzların sayı bir ildə 13,5% artaraq 6,3 min başa çatıb.
Məlumat üçün qeyd edək ki, MDB-yə üzv olan digər ölkələrdə donuzların sayı Azərbaycanla müqayisdə dəfələrlə çox olsa da, artım tempi aşağı olub.
Rusiyada donuzların sayı son bir il ərzində 4,3% artaraq 25 milyon 505,7 min başa, Qazaxəstanda isə 3,3% artaraq 963 min başa yüksəlib.  Belarusda donuzların sayı son bir il ərzində 6,9% azalaraq 2 milyon 888,6 min başa, Ukraynada 0,4% azalaraq 5 milyon 987 min başa, Moldovada 2,8% azalaraq 419,3 min başa düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top