“Sədərək”dəki yanğın zamanı polis əməkdaşları fədakarlıq nümayiş etdiriblər - VİDEO

Avqustun 4-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisindəki anbarlardan birində baş verən yanğının söndürülməsində iştirakı zamanı xəsarət alanlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olub.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, polis əməkdaşları yanğının söndürülməsində, anbardakı məhsulların çıxarılmasında və xəsarət alanların əraziyə cəlb olunmuş təcili tibbi yardım maşınlarına aparılmasında fədakarlıq nümayiş etdiriblər.

Xilasetmə zamanı bir neçə polis əməkdaşı tüstüdən zəhərlənib.

DİGƏR XƏBƏRLƏR

Top