Rusiyada azərbaycanlı jurnalistə böyük etimad - Vitse-prezident oldu - FOTO


Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.

Yeniavaz.com  xəbər verir ki, gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.
Şəhriyar İmanbəyli təyinatla bağlı açıqlamasında bunları deyib:

 "Vostok" Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm.  Mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm".

DİGƏR XƏBƏRLƏR

Top