İki avtomobil toqquşdu: işıqfor aşdı

Bakının Nizami rayonunda 2 minik avtomobili toqquşub, işıqfor aşıb.

Hadisə "Neftçilər" metrostansiyasının yaxınlığında, Bəkir Çobanzadə və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində baş verib. "Toyota Prado" markalı minik avtomobili ilə "Mercedes" markalı iritutumlu minik avtomobilləri toqquşub. Avtomobillərdən biri yol kənarındakı işıqfor dirəyini aşırıb.

Hadisənin təfərrüatı Nizami Rayon Polis İdarəsində araşdırılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top