Avtomobilin bamperindən çıxan canlı görənləri şoka saldı – REAL VİDEO


Avtomobilin bamperindən nəhəng piton ilanı çıxıb.

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, xarici ölkələrin birində qeyri-adi hadisə baş verib.

Belə ki, sürücü avtomobilinə minərkən maşının bamperindən səs gəldiyini görüb və dərhal vəhşi heyvanların zərərsizləşdirilməsi üzrə quruma müraciət edib. Qurumun əməkdaşları hadisə yerinə gəlib vəziyyətlə tanış olduqdan sonra avtomobilin ön hissəsində ilan olduğunu müəyyən ediblər.

Onlar nə qədər çalışsalar da, ilanı oradan çıxara bilməyiblər. Çarəsiz qalan “ilan tutanlar” avtomobilin bamperini sökmək qərarına gəliblər. Bamper söküldükdən sonra uzunluğu ən azı 2 metr olan nəhəng piton ilanı çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top