2 nəfər öldü, 5 nəfər də yaralandı - DƏHŞƏTLİ QƏZANIN VİDEOLARI


Rusiyanın Volqoqrad əyalətində 2 nəfərin ölümü, 6 nəfərin də xəsarət alması ilə nəticələn ağır  yol qəzasının görüntüləri yayılıb.

Hadisə avqustun 3-ü günorta saatlarında Voljskom şəhərində qeydə alınıb.

İnsidentin kadrları qəzada iştirak edən avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə, “VAZ-2114” markalı maşının sürücüsü ötmə əməliyyatını yerinə yetirən zaman hərəkətdə olan “Renault Duster” markalı avtomobilin önünə çıxır. “Renault”  “VAZ”ı vuraraq onu əks yola sürükləyir. Bu arada qarşı yoldan gələn “Chevrolet”in də “VAZ”a çırpıldığı görülür.

Bildirilir ki, dəhşətli qəza nəticəsində “VAZ-2114” markalı maşının sürücüsü və qadın sərnişini ölüb, daha 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə, həmçinin aralarında qolu qopmuş olan körpədə xəstəxanaya yerləşdirilib.

 

 

 


(Avtosfer.az)

 

DİGƏR XƏBƏRLƏR

Top