ABŞ-da daha bir atışma olub: 10 ölü, 16 yaralı - VİDEO - YENİLƏNİB

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində 10 nəfər həlak olub.

Bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. (Trend)

***11:55
ABŞ-ın Ohayo ştatının Deyton şəhərində silahlı insident nəticəsində ölən və yaralananlar var.

Ölən və yaralananların dəqiq sayı açıqlanmır.

Hadisə yerində ən azı iki nəfərin meyitinin olduğu bildirilir.

Məlum olub ki, kişi təqribən gecə saat birdə barın yaxınlığında duran insanlara atəş açıb.


(Report)

DİGƏR XƏBƏRLƏR

Top