5 avtomobilin iştirakı ilə ağır yol qəzası: 2 ölü, 3 yaralı - VİDEO


Rusiyanın Ekaterinburq əyalətində 5 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib

İnsident avqustun 4-ü Kirovsk rayonunda qeydə alınıb.

Ekaterinburq üzrə DYPX-nin təbliğat şöbəsinin məlumatına görə, yüksək sürətlə hərəkət edən “KIA Rio” markalı avtomobilin sürücüsü 3 küçə kəsişməsindən eyni zamanda qırmızı işıqdan da  keçərək işıqforda dayanan “SsangYong” və “LADA”ya çırpılıb.

Zərbənin gücündən “LADA” digər iki avtomobilə - “Toyota” ilə “Volkswagen” markalı maşınlarla toqquşub.

Nəticədə “LADA” markalı maşının sürücüsü və sərnişini hadisə yerində ölüb, “KIA”nın sürücüsü, sərnişini və “Toyota”nın sürücüsü xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.


(​Avtosfer.az)

DİGƏR XƏBƏRLƏR

Top