Ağstafada qohumlar arasında dava: qayın yeznəsini döydü

Ağstafada döyülmə faktı qeydə alınıb.

30 yaşlı Elməddin Əsgərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal lazımi tibbi yardım göstərilib.

E.Əsgərovun vəziyyətinin kafi olduğu bildirilir.

Xəstənin dediyinə görə, qohumu (qaynı) tərəfindən döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Aktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top