İki avtomobil TOQQUŞDU - 62 yaşlı qadın öldü - YENİLƏNİB


Ötən gün Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində xəstəxanaya yerləşdirilən 5 yaralıdan biri bu gün səhər saatlarında ölüb.

Həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır.

***3 avqust,  saat 17.08

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).

Xəsarət alan şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top