Basketbolçu dopinq testində “hamilə çıxdı”


“Panatinaikos” və "Monaco" komandalarının keçmiş oyunçusu, amerikalı basketbolçu DJ Kuper dopinq testində hamilə çıxıb.

Yeniavaz.com xəbər verir ki, antidopinq testi üçün öz sidiyini verməli olan baskelbolçu analizə sevgilisinin nümunəsini verib. Bu yolla testi keçməyə çalışan idmançını gələcək övladı ələ verib. Avropa Basketbol Assosiasiyası (FİBA) onu 2020-ci ilə kimi bütün yarışlardan kənarlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top