Bakıda intihara cəhd: körpüyə çıxıb özünü bıçaqlamaq istədi - VİDEO

Bakıda intihara cəhd hadisəsi baş verib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda, 3-cü mikrorayon dairəsi üzərindəki körpüdə baş verib.

Kimliyi məlum olmayan şəxs əlindəki bıçaqla özünə xəsarət yetirmək istəyib.

İnsident baş verən əraziyə FHN-nin xüsusi xilasetmə qrupu cəlb olunub.

Hadisə səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Sözügedən şəxs son anda polis tərəfindən xilas edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top