"Qarabağ" "Dundalk"la yenidən qarşılaşa bilər


"Qarabağ" və "Neftçi"nin növbəti potensial rəqibləri bəlli oldu.
 
Avqustun 5-də UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. APOEL - "Qarabağ" cütünün qalibi səpələnməmişlər səbətində yer alacaq. "Qarabağ" qalib gəldiyi təqdirdə aşağıdakı cütlüklərin qaliblərindən biri ilə qarşılaşacaq:
PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
 
ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya)
 
"Srvena zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)
 
"Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan)
 
APOEL - "Qarabağ" cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:
 
"Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya)
 
"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)
 
"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)
 
"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)
 
"Slovan" (Slovakiya) - "Dundalk" (İrlandiya)
 
Avroliqadakı digər təmsilçimiz "Neftçi" isə İsrailin "Bney Yehuda" səddini keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:
 
"Antverpen" (Belçika) - "Viktoriya" (Çexiya)
 
"Brondbü" (Danimarka) - "Braqa" (Portuqaliya)
 
"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)
 
"Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina)
 
"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə)
 
Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-i, Bakı vaxtı ilə saat 15:30-da başlanacaq. (Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top