
Ukrayna Prezidenti Vladimir Zelenski, Ukraynada tibbi turizmin inkişafı üçün bəzi ölkələrlə viza rejimini ləğv edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət başçısı müalicə üçün Ukraynaya tez-tez gələn vətəndaşların siyahısını tərtib etməyi təklif edib. V.Zelenski bunun həm vətəndaşların rahatlığı, həm də tibbi turizmin inkişafına müsbət təsir edəcəyini bildirib.
Qeyd edək ki, dövlət başçısı viza rejimi ləğvinin hansı ölkələrə aid ediləcəyini açıqlamayıb.