Ermənistanda "Sona Təhsil" adlı mərkəzdə Azərbaycan dili kursu - FOTOLAR + QİYMƏT


Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən  "Sona Təhsil" ("Կրթարան Սոնա" - Krtaran Sona) adlı mərkəzdə Azərbaycan və türk dilləri tədris olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatlar erməni dilli elan saytlarında yerləşdirilib. Elanda bildirilir ki, türk və Azərbaycan dillərini öyrənmək istəyənlər  "Sona Təhsil" mərkəzinə müraciət edə bilərlər. İrəvanın Arbakir rayonunda, Marşal Baqramyan küşəsi 68 ünvanında fəaliyyət göstərən təhsil mərkəzində Azərbaycan dilini öyrənmək istəyənlər ödəniş etməlidirlər.
Fərdi şəkildə keçirilən dərslərin qiyməti 40 min dram (85 dollar) təşkil edir və bu qiymətə hər biri 90  dəqiqə olmaqla ümumilikdə 8 dərs daxildir.
Qrup halında keçirilən dərslərdə bir nəfər üçün qiymət 25 min dram (55 dollar) təşkil edir.
Maraqlıdır ki, İrəvanda türk və Azərbaycan dillərini öyrətmək üçün tələb olunan ödəniş digər dillər üçün tələb olunan ödənişlərdən yükəskdir.



 

DİGƏR XƏBƏRLƏR

Top