Özünü "ərəb şahzadəsi" kimi təqdim edən oğru 3 milyon manatlıq qızıl oğurladı


Birləşmiş Ərəb Əmirliklərində şahzadə olduğunu bildirən bir qadın, Fransanın paytaxtındakı bir qızıl-zinət əşyaları satılan mağazadan 1,6 milyon avro dəyərində (təxminən 3 milyon manat) qızıl-zinət əşyası oğurlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, fırıldaqçı bunu, həqiqi qızılları saxtaları ilə dəyişərək bacarıb. O özünü təqdim edərkən şahzadə olduğunu bildirib. Buna inan satıcı isə saxta şahzadənin göstərişi əsasında qızılları ayırmağa başlayıb. Ödənişi bir gün sonra edəcəyini bildiriən "şahzadə" əvəzində satıcıya qızıl verib. Növbəti gün pulun ödənmədiyini görən satıcı isə fırıldaqçının verdiyi qızıllara baxan zaman həqiqəti anlayıb.
Fransa polisi cinayətkarın tapılması üçün istintaqa başlanıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top