Bacısını PKK terrorçularının öldürdüyü məşhur jurnalsit qəza nəticəsində öldü - FOTO


Türkiyənin "Birgün" qəzetinin köşə yazıçısı Cüneyt Cebenoyan avtomobil qəzası nəticəndə dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, C. Cebenoyanın idarə etdiyi avtomobil Seyidşehir-Konya magistral yolunda kimə aid olduğu bəlli olmayan başqa avtomobillə toqquşub. Nəticədə jurnalist dünyasını dəyişib, həyat yoldaşı isə ağır yaralanıb.
Qeyd edək ki, C. Cebenoyanın arxeoloq bacısı Yasəmən Cebenoyan 1994-cü ildə PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının "The Marmara" otelini partlatması nəticəsində dünyasını dəyişmişdi. O həmçinin 1999-cu ildə Kocaeli vilayətində baş vermiş zəlzələ zamanı da iki yaşlı oğlu ilə ata-anasını itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top