Almaniyada qılıncla öldürülənin kimliyi bəlli oldu - VİDEO


Xəbər verdiyimiz kimi Almaniyanın Ştutqart şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, küçədə mübahisə edən iki nəfərdən biri, digərini qılıncla qətlə yetirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, cinayətkarın və ölən şəxsin kimliyi alman polisi tərəfindən müəyyən olunub. Bildirilir ki, öldürülən qazax əsilli Almaniya vətəndaşıdır. Ştutqart polisi cinayətkarın isə 3 ildir Almaniyada yaşayan suriyalı olduğunu bildirib. Ancaq "Bild" qəzeti cinayətkarın haralı olmasının şübhəli olduğunu, onun fələstinli ola biləcəyini yazıb.
Polis hər iki şəxsin bir-birlərini əvvəlcədən tanıdıqlarını iddia edib.
Qeyd edək ki, sözügedən hadisənin görüntüləri həvəskar kameralar tərəfində qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top