Türkiyəyə işləməyə gedən azərbaycanlı qadınların sayı AÇIQLANDI


Türkiyə Statistika İdarəsi yaşamaq və işləmək üçün bu ölkəyə köçən xarici ölkə vətəndaşlarının sayını açıqlayıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən il yaşamaq və işləmək üçün Türkiyəyə 23 min 245 nəfər Azərbaycan vətəndaşı köçüb.   
Türkiyəyə üz tutan azərbaycanlıların yarıdan çoxunu - 12 min 112 nəfərini qadınlar təşkil edib.
Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə Türkiyəyə köçən azərbaycanlıların sayı artıb. Belə ki, əvvəlki ildə Türkiyəyə 20 min 865 nəfər Azərbaycan vətəndaşı köçüb ki, bunların da 10 min 736 nəfəri kişilər, 10 min 129 nəfəri qadınlar olub. Rəqəmlərdən də göründüyü kimi Türkiyəyə köçən azərbaycanlı kişilərin sayı son bir ildə 3,7% (397 nəfər) artdığı haldda, qadınların sayı 19,6% (1983 nəfər) artıb.
Məlumat üçün onu da bildirək ki, Türkiyədən köçən əcnəbilərin arasında ilk sırada İraq vətəndaşları yer alıb. Ötən il Türkiyəyə 110 min 315 nəfər İraq vətəndaşı köçüb.
Türkiyəyə köçən xarici ölkə vətəndaşlarının ilk 10-luğu bu cür olub:
1. İraq - 110 min 315
2. Əfqanıstan - 44 min 977
3. Suriya - 38 min 997
4. Türkmənistan - 34 min 915
5. İran - 31 min 922
6. Azərbaycan - 23 min 245
7. Özbəkistan - 15 min 231
8. Rusiya - 13 min 782
9. Misir - 13 min 515
10. Qırğızıstan - 9 min 131
 
 

DİGƏR XƏBƏRLƏR

Top