Abel Məhərrəmov xəstəxanada olan kürəkəninin vəziyyətindən DANIŞIB

Xəbər verdiyimiz kimi, dünən BDU-nun sabiq rektoru Abel Məhərrəmovun kürəkəni, Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqovun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu gün qayınatası Abel Məhərrəmov A. Sadıqovun  artıq evə buraxıldığını və vəziyyətinin qaydasında olduğunu bildirib.

“Vəziyyəti yaxşıdır, evindədir. Kənarda yemək yemişdi, ona görə kiçik bir problem yaranmışdı. Mədəsi yuyulub, bir saat sonra isə evinə aparılıb. Hazırda hər şey qaydasındadır”.

Xatırladaq ki, Azər Sadıqov Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi.

DİGƏR XƏBƏRLƏR

Top